7 Fevral, 2017
Dollar hərracda 1,82 oldu

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. AMB-dən Simsar.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 2,8% möhkəmlənib.Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,8769 səviyyəsində müəyyən edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!