7 Fevral, 2017
Qubada özünü yandıran qadınla bağlı TƏFƏRRÜATLAR

Qubada özünü yandıran qadınla bağlı bəzi təfərrüatlar məlum olub. Trend-in məlumatına görə, intihara cəhd edən 1967-ci il təvəllüdlü Rəsmiyyə Ramiz qızı Məhərrəmova nevroz xəstəliyindən əziyyət çəkirmiş. Qadın bir neçə il əvvəl də Qubada yaşadığı evdə intihara cəhd edibmiş. O zaman qohumları hadisədən tez xəbər tutduğundan onun həyatını xilas edə biliblər. Bu dəfə isə o, üzərinə benzin tökərək özünə od vurub. Hazırda R.Məhərrəmova ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Qadının bədən səthinin 60 faizi yanıb. Ona 3 b IV dərəcəli yanıq diaqnozu qoyulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!