6 Fevral, 2017
Türkiyədə ikinci zəlzələ oldu

Türkiyənin Çanaqqala bölgəsində bu gün ikinci dəfə zəlzələ baş verib. Simsar.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ikinci yeraltı təkanlar 5 bal gücündə olub. İnformasiyaya əsasən, 58 dəfə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib. Əyalətin Çamköy kəndində 4, Babkaledə 1, Koyunevində 1, Gükpınarda 7, Kızılkeçelidə 5, Tuzlada 4, Balabanlıda 2, Bademlidə 8 və Ahmetçidə 2 evə ziyan dəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!