6 Fevral, 2017
"Beşmərtəbə"də təmir gedir

Bakının Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Bu barədə Simsar.az -a "Azəravtoyol" ASC-dən bildirilib.

Məlumata görə, bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişilik edilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Bu üzdən sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyə olunur. Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!