6 Fevral, 2017
Sabiq icra başçısının oğlu polis rəisi təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub."Report" xəbər verir ki, polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!