6 Fevral, 2017
Yasamalda litseydə yanğın

Yasamal rayonunda litseydə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli litseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən litseyin müəllim və şagird heyəti təxliyə olunub. Litsey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!