6 Fevral, 2017
Türkiyədə zəlzələ oldu

Türkiyədə Egey dənizi sahillərində 5,3 bal gücündə zəlzələ baş verib. Simsar.az “Haber7”yə istinadən xəbər verir ki, yeraltı təkanların mərkəzi Çanaqqala bölgəsinin Ayvacıq rayonunun Gülpınar kəndində olub. Yeraltı təkanların mərkəzi 7,5 km. dərinlikdə yerləşib. Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsndə xeyli heyvan tələf olub. İnformasiyaya əsasən, zəlzələ İzmir, Bursa və İstanbulda da hiss edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!