4 Fevral, 2017
59 yaşlı kişi yanaraq öldü

Abşeronda mənzildə yanğın olub. Daxili İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, fevralın 3-də saat 21 radələrində Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində yaşayan 59 yaşlı Faiq Yusifovun evində yanğın baş verib. Yanğının baş verməsi nəticəsində 16 kvm. sahədə evin konstuksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra F.Yusifovun yanmış meyidi mənzildən tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!