4 Fevral, 2017
ABŞ müdafiə naziri: "İran dünyada terrorizmin sponsorudur"

İran dünyada terrorizmin əsas sponsorudur. TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib.

“İran probleminə gəldikdə, bu ölkə dünyada terrorizmin əsas sponsorudur”, - deyə C.Mattis bildirib. Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb.

Yanvarın 21-də ABŞ prezidenti Donald Trampın fərmanı ilə müdafiə naziri postuna təyin edilən 66 yaşlı general C.Mattis 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub.

Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!