3 Fevral, 2017
Donald Tramp: "İran odla oynayır" Böyüt

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib. APA-nın xəbərinə görə, D. Tramp özünün Twitter səhifəsində aşağıdakıları yazıb: "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc" adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyi

Xatırladaq ki, yanvarın 29-da İran ortamənzilli ballistik raketinin sınaqlarını keçirib. Sınaq Tehrandan 225 kilometrlik məsafədə - Semnan şəhərinin ətrafında keçirilib. Raket partlamazdan əvvəl təxminən 966 kilometr uçub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!