3 Fevral, 2017
Çin 6 günə 61 milyard dollar qazanıb - TURIZMDƏN

Bahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib. Virtualaz.org xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti yazıb. Sözügedən göstəricinin artımı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 16% təşkil edib. Bayram günlərində 344 milyon nəfər çinli ölkədaxili səfərlər edib ki, bu da ötənilkindən 14% çoxdur. Daha 6,15 milyon nəfər xarici ölkələrə səfər edib (7% arttın).

Çin ərazisində Yen i il bayramı münasibətilə yanvarın 28-dən fevralın 2-nə qədər tətil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!