3 Fevral, 2017
Fransanın baş naziri: Luvra hücum terror hadisəsidir

Fransanın baş naziri Bernar Kaznev Luvr Muzeyi qarşısında hərbi patrula silahla hücum insidentini "terror hadisəsi" adlandırıb. Məlumata görə, silahl şəxs hücum edən zaman "Allahu Əkbər" kəlməsi qışqırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Fransanın paytaxtı Parisdə Luvr Muzeyinə çanta ilə daxil olmağa cəhd edən şübhəli şəxs polisə atəş açıb.

Polisin cavab atəşi nəticəsində həmin şəxs yaralanıb. Mühafizəçilərdən də bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Saxlanılan şübhəlinin cibindən bıçaq çıxdığı bildirilir. Luvr Muzeyi təhlükəsizlik məqsədilə boşaldılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!