3 Fevral, 2017
Nizami Kino Mərkəzində 9 minlik üzük oğurlandı

Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatliq brilyant üzüyü oğurlanıb. “Report”un xəbərinə görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib. Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq kranın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!