3 Fevral, 2017
Neftimiz 58 dolları ötdü

Azərbaycan nefti 58 dolları keçib . Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar, yaxud 1,00% artıb. Simsar.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 58,04 dollara bərabər olub.  Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!