2 Fevral, 2017
Prezidentin kredit kartı sındırılıb - ESTONİYADA

Estoniya prezidenti Kersti Kalyulaydın xidməti bank kartı dələduz tərəfindən sındırılıb. Bu barədə "Report" "Postimees" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, prezident dəftərxanası yanvarın 8-də naməlum şəxsin Estoniya dövlət başçısının kredit kartının rekvizitlərini ələ keçirməsi və "Ross Stores" mağazasında bu kartla ümumi məbləği 2,8 min avro olan bir neçə alış həyata keçirməsi barədə məlumat əldə edib.

KİV-in məlumatına görə, Prezidentin İcra Aparatının hadisəyə vaxtında reaksiya verməsi ilə alış əməliyyatları ləğv edilib, kartdan çıxarılmış pullar geri qaytarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!