2 Fevral, 2017
Mirşahin: "Nə qədər qarğa-quzğun var imiş, İlahi!"

Fəaliyyəti dayandırılmış ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev şirkətin bağlanmasına sevinənlərə cavab verib. M.Ağayev bu barədə sosial şəbəkədə yazıb:"ANS yenə də göstərir. Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən. Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Ləhəb olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın. Çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!"

Xatırladaq ki, ANS-in fəaliyyəti ötən il dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!