1 Fevral, 2017
Şaxtalı, qarlı hava davam edəcək

Simsar.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağ, arabir tutulacağ, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 1-4° isti,Bakıda gecə 4-6° şaxta, gündüz   1-3° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  85-95 % təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!