1 Fevral, 2017
Azərbaycan - Almaniya matçının biletləri satışda

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Simsar.az -ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VIP – 50 AZN

1-ci kateqoriya – 19 AZN

2-ci kateqoriya – 14 AZN

3-cü kateqoriya – 9 AZN

4-cü kateqoriya – 5 AZN

5-ci kateqoriya – 2 AZN

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!