1 Fevral, 2017
Yol Polisi problemli yolları nəzarətə götürüb

Hava şəraiti ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol polisləri Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb:

"Artıq problemli ərazilər nəzarətə götürülüb, şəhərin yüksək hissələrində yolların kənarlarına qum və buz topaları ehtiyat üçün tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var. Sürücülərdən xahiş edirik ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük verilsin".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!