1 Fevral, 2017
İlham Əliyev İrana gedəcək - MARTDA

Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək.  Simsar.az -ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.

"Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır", - deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!