1 Fevral, 2017
Oğul atasını yandıraraq öldürdü

Bakıda evində yanaraq ölən ahıl kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub. Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 80 yaşlı İmdad Mehdi oğlu Mehdiyevi öz oğlu, 1986-cı il təvəllüdlü İlyas İmdad oğlu Mehdiyev ev qarışıq yandıraraq öldürüb. İ. Mehdiyev polisə gedərək könüllü təslim olub. O, buna səbəb kimi atasının anası ilə yol getməməsini göstərib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!