31 Yanvar, 2017
Milli Məclisin yaz sessiyası başlayır

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Milli Məclis, həmçinin "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Reklam haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaq.

Parlamentin yaz sessiyası mayın 31-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!