31 Yanvar, 2017
Bakıda 6 yol qəzası baş verib - BU GÜN

Bu gün Bakıda 6 yol qəzası baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb: "Baş vermiş hadisəyə səbəb sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamasıdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!