31 Yanvar, 2017
“Çippolino” rusiyalı rejissorun təqdimatında göstəriləcək

Gənc Tamaşaçılar Teatrının 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov “Maksimum” teatrının bədii rəhbəri Yelena İvanovanı Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, rusiyalı rejissorla görüşən teatrın direktoru Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

Bildirilib ki, hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan- Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edib.

Xatırladaq ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının nümayişi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!