31 Yanvar, 2017
Azərbaycan Qətərlə investisiyaların təşviqi fondları yarada bilər

“Azərbaycanın üzləşdiyi problemlərlə əlaqədar öz dəstəyimizi ifadə edirik”. Simsar.az xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Qətər-Azərbaycan hökumətlərarası komissiyasının bu gün nəzərdə tutulan iclasında iqtisadi əlaqələrin inkişafı müzakirə ediləcək: "İnvestisiyaların təşviqi üçün fondların yaradılması fikri müzakirə olunur. Biz inanırıq ki, mədəniyyət sahəsindəki əməkdaşlıq da əlaqələri gücləndirəcək. Hətta ilin bu fəslində Qətər vətəndaşları Azərbaycana səfər edir. Tələbə mübadiləsi məsələsinə də toxunduq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!