31 Yanvar, 2017
Pələng sirk işçisini dişlədi

Rusiyanın Volqoqrad şəhərində ağ pələng sirk işçisinə hücum edib. Trend RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bazar ertəsi gecə 25 yaşlı sirk işçisi, heyvan təlimçisinin köməkçisi Volqoqrad xəstəxanasına yerləşdirilib. Pələngin onun boyun və kürək nahiyələrindən dişlədiyi bildirilir.

Köməkçinin hansı səbəbdən qəfəsə girdiyi hələ məlum deyil. Polis araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!