30 Yanvar, 2017
Gözətçi iş yerində intihar edib - BAKIDA

Bakıda 35 yaşlı kişi özünü asıb. "Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Burada yeni tikilən evlərdən birində gözətçi işləyən 1982-ci il təvəlllüdlü Anar Quliyev özünü gözətçi otağında asıb.

Onun meyitini ev sahibi aşkarlayıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüdürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbi araşdırılır

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!