30 Yanvar, 2017
Maşallah Əhmədova 8 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.  "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov son sözlə çıxış edib.  O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla birgə İrandan daş gətirib: "Aradan bir qədər sonra keçəndən sonra iş alınmadı, həmin daşları torpaqla barter etdik. Yusif buna baxmayaraq, məndən pul tələb edirdi. Mən 11 min manat pul, 2 maşın daş da vermişəm. Yenə bir maşın da daşı qaytarıram. Bilmirəm ki, Yusif məndən nə istəyir. Onu kimsə öyrədir. Ev istəyir, ev verdim razı olmadı, deyir ki, 128 min manat "pulumu qaytar". Axı mən ailə başçısıyam. Belə olmaz. O, məni şantaj edir. Həmçin bu işdə bir neçə adam var ki, məni şantaj edib, pul tələb edirlər. Çətinliklə pul toplayıb verirəm, Yusif ona da razı deyil".  M.Əhmədov zərərçəkmiş Y.Əzizova 30 min manat və bir ev təklif etdiyini söyləyib.  Y.Əzizov isə onun təklifini rədd edib. Məhkəmə heyəti müşavirəyə yollanıb.Müşavirədən sonra M.Əhmədova hökm oxunub. Hökmə əsasən, M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!