30 Yanvar, 2017
Ağcabədi sakini ehtiyatsızlıqdan özünü güllələdi

Ağcabədi rayonunda yaşayan şəxs ov tüfəngindən açılan atəşdən xəsarət alıb. Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da Ağcabədi rayonunun Taxtakörpü kəndində yaşayan Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!