30 Yanvar, 2017
Qubada avtobusla yük maşını toqquşub

Qubada yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun Zarat kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı-Quba marşrutu ilə hərəkət edən avtobusla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, yük maşını avtobusu sıxışdıraraq yoldan çıxarıb. Qəza nəticəsində avtobusun sağ tərəfi əzilib, şüşələri sınıb. Qəza nəticəsində avtobusun sürücüsü Mirzəbala Cəbrayılov xəsarət alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!