30 Yanvar, 2017
Gəncə sakini dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Əziz Əliyev küçəsində yaşayan 1974-cü il təvəllüdlü Qafarov Elşad Nazim oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E. Qafarova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!