30 Yanvar, 2017
Avtobusun 17 gün əvvəl vurduğu iki qardaşdan biri ölüb

Bakıda marşrut avtobusunun 17 gün öncə vurduğu iki qardaşdan biri ölüb. Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiq Məmmədovu vurub.

Xəsarət alan N.Məmmədov yanvarın 29-da evində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!