30 Yanvar, 2017
Hacıqabulda bir ailə dəm qazından zəhərləndi

Hacıqabulda bir ailənin ikisi azyaşlı olmaqla 4 üzvü dəm qazından zəhərlənib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri 20 yanvar küçəsində yaşayan rayon sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Əfqan Rza oğlu, 1994-cü il təvəllüdlü Hüseynova Səadət Zahir qızı, onların övladları - 2011-ci il təvəllüdlü Hüseynli Şükran, 2013-cü il təvəllüdlü Hüseynli Rza dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!