28 Yanvar, 2017
Daha bir zəncirvari qəza-3 maşın toqquşdu

Bakıda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. “Report”un məlumatına görə, hadisə Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb. Belə ki, BMW markalı avtomobilin sürücüsü hərəkətdə olarkən piyadanın qəfildən yola çıxması səbəbindən əyləcdən istifadə edib. Nəticədə “Hyundai” markalı avtomobil arxadan BMW-yə çırpılıb. “Mercedes” markalı avtomobil isə hər iki maşına çırpılıb.  Bundan sonra sürücülərlə piyada arasında mübahisə yaranıb, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!