28 Yanvar, 2017
Lənkəran-Lerik yolu buz bağlayıb

ənkəran-Lerik yolunda qar səbəbindən çətinliklər yaranıb. Lerik rayonu ərazisində dünən axşamdan yağmağa başlayan qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10 sm təşkil edib.

Lənkəran-Lerik yolunda qar və buzlanma nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolun müəyyən hissələrinə qum-çınqıl səpilir.

Yolda avtomaşınların intensiv hərəkəti bərpa olunub. Elektrik enerjisi verilişində hələ ki problem yoxdur. (“Report”)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!