27 Yanvar, 2017
AŞPA - da erməni işğalçılarının vəhşiliklərindən danışılıb

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanın mədəni abidələri və məzarlıqlar dağıdılır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, erməni işğalçılarının vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi yox olmaq təhlükəsi qarşısındadır. S.Fətəliyeva qeyd edib ki, ekstremizm və zorakılıqla mübarizədə qələbənin yeganə təminatı beynəlxalq dialoqdur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!