27 Yanvar, 2017
Sürücü piyadanı döydü

Bakıda sürücü xuliqanlıq zəminində paytaxt sakinini döyüb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü xuliqanlıq zəminində paytaxt sakini Bayram Nəcəfovu döyüb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!