26 Yanvar, 2017
İranlı aktrisa Trampa etiraz edib, "Oskar"a qatılmayacaq

İran aktrisası Təranə Əlidusti ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz olaraq “Oskar” mükafatları mərasiminə qatılmayacağını açıqlayıb. Simsar.az xəbər verir ki, aktrisa bu barədə "Twitter"dəki səhifəsində yazıb.

T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib.

Aktrisa öz səhifəsində yazıb: “Trampın iranlılara viza verilməsini qadağan edən qərarı irqçi qərardır. Bu mədəniyyət tədbirlərinə şamil olunsa da, olunmasa da mən “Oskar” mərasimində iştirak etməyəcəyəm”.

Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-ı Los-Ancelesdə təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!