26 Yanvar, 2017
71 yaşlı qadını avtomobil vurub
Şirvanda piyada qadını avtomobil vurub. “Report”un Aran bürosu xəbər verir ki, şəhərin Energetika küçəsində yaşayan 71 yaşlı Solmaz Murad qızı Seyfullayeva yolu keçmək istəyərkən minik avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını həmin avtomobilin sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada qadına ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!