26 Yanvar, 2017
Çində 100-ə yaxın maşın toqquşub

Çinin şimal-şərqindəki Heyluntszyan əyalətində zəncirvari qəza baş verib.  Trend-in məlumatına görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Onlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Qəzada 100-ə yaxın avtomobilə xəsarət dəyib. Məlumata görə, yol-nəqliyyat hadisəsi sürət magistralında qeydə alınıb.

Hadisə yerinə çox sayda tibbi yardım maşınları cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!