25 Yanvar, 2017
Nazir: Azərbaycan 2017-ci ildə qaz hasilatını artırmaq niyyətindədir

2017-ci ildə Azərbaycan qaz hasilatını artırmağı, neft istehsalını azaltmağı planlaşdırır. Trend bildirir ki, bunu “Natural Gas World” buraxılışına energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu il qaz hasilatını 0,8 faiz artıraraq 29,561 milyard kubmetrə çatdırmaq niyyətindədir.

Nazir deyib: “2016-cı ildə qaz hasilatı 29,331 milyard kubmetr təşkil etmişdi. Bu, 2015-ci ildə qeydə alınan göstəricidən 3,9 faiz azdır. Yanvarın 1-nə yeraltı anbarlarda saxlanılan qazın həcmi 1,167 milyard kubmetr təşkil edib”. Nazir qeyd edib ki, Azərbaycan 2017-ci ildə “Şahdəniz” yatağından 10 milyard kubmetr qaz hasil etməyi planlaşdırır.

Bundan başqa, N.Əliyev ölkədə neft hasilatının azaldıldığını deyib: “Azərbaycan OPEK-lə əldə olunan razılaşmaya tam əməl edir və yanvarın 1-dən hasilatı sutkada 35 min barrel azaldıb. Əgər digər istehsalçılar neft qiymətlərinin saxlanması üçün eyni qərarı qəbul edərsə, Azərbaycan hasilatı daha da azaltmağa hazırdır”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!