25 Yanvar, 2017
Küveytdə kral ailəsinin üzvü edam olunub

Küveytdə yeddi ölüm hökmü icra edilib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, edam olunanlar arasında kral ailəsinin üzvü şahzadə Faysal Abdulla əl-Caber əl-Sabah da var.  Şahzadə qətl törətməkdə və qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib. Ümumiyyətlə, edam edilənlər Küveyt, Banqladeş, Filippin, Efiopiya və Misir vətəndaşlarıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!