25 Yanvar, 2017
Referendum apreldə keçiriləcək - TÜRKİYƏDƏ

Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının əvvəllərində keçiriləcək.

“Anadolu” agentliyi xəbər verir mki, bunu baş nazir Binəli Yıldırım deyib.

Ötən həftə parlament  tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət  paket ölkə prezidenti Rəcəb Tayıb Ərdoğan tərəfindən təsdiqlənməlidir. Referendum qanun “Rəsmi qəzet”də dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf  etməlidir.

Dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!