26 May, 2011
Atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 25-də saat 10.10-dan 10.25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.25-dən 13.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.10-dan 15.15-dək, 22.20-dən 22.40-dək, 22.40-dan 23.00-dək və 22.40-dan 22.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!