24 Yanvar, 2017
İtaliyada helikopter qəzaya uğrayıb

İtaliyada xilasedicilərin olduğu helikopter qəzaya uğrayıb. KİV verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb. Helikopter Abrutso bölgəsinin Lakuila vilayətində olarkən radarlardan itib. İlkin məlumatlarına görə, ekipaj Kampo Feliçe dağ xizəyi kompleksinin yaxınlığında qəza siqnalı verib. Helikopter 600 metr hündürlükdən yerə düşüb.

Hadisə baş verən zaman ərazidə hava dumanlı olub. Xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!