24 Yanvar, 2017
Ərdoğan Mozambikdə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mozambikə rəsmi səfərə gəlib. Trend-in məlumatına görə, Mozambik paytaxtı Maputuda Ərdoğanı rəsmi qarşılama mərasimi keçirilib. Mozambikə səfərindən öncə, Türkiyə prezidenti Tanzaniyada olub və prezident Con Pombe Maqufuli ilə görüşüb.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Mövlud Çavuşoğlu və digər rəsmilər müşayiət edir. Türkiyə prezidentinin həmin regiona səfərində son məntəqə Madaqaskar olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!