26 May, 2011
Ekologiya ilə bağlı 4 dövlət standartı təsdiqləndi

Metrologiya ilə bağlı üç rəhbəredici sənəd təsdiq olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ekologiya üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi”, “Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” dövlət standartlarını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin müvafiq əmri ilə Metrologiya şöbəsi tərəfindən işlənib təqdim edilmiş “RS 023-2011” “Ölçmə vasitələri üçün iyerarxiya sxemlərinin yaradılması prinsipləri”, “RS 024-2011” “Etalonlar. Seçmə, tanınma, tətbiq edilmə, saxlanılma və sənədləşdirmə”, “RS 025-2011” “Metroloji nəzarətin prinsipləri” rəhbəredici sənədlər də təsdiq edilib. 

“AZS 563-2011” (İSO 14031-99) “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi” standartı təşkilatın ekoloji effektivliyinin qiymətləndirilməsinin planlaşdırılması və istifadəsi üzrə təlimat kimi çıxış edir. Ekoloji effektivliyin qiymətləndirilməsi ekoloji effektivliyin təşkilatın rəhbərliyi tərəfindən tövsiyyə olunan meyarlara uyğun olub-olmadığını müəyyən etməyə icazə verən informasiyanın dəqiq və təsdiqləyici cari yoxlanması ilə rəhbərliyin təmin olunması üçün nəzərdə tutulmuş idarəetmə vasitəsi və daxili prosesdir.

“AZS 564-2011” (İSO 15903-2002) “Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat” standartının məqsədi ərazinin operativ olaraq qeydə alınması, tədqiqatın keçirilməsi, torpaq nümunələrinin sahə və laborator analizlərinin hesabat nəticələrində yüksək dərəcəli harmoniyaya nail olmaqdır. Bu analizlərin nəticələrinin ifadəsində istifadə olunan kəmiyyət və vahidlərin düzgün müəyyən olunması, metodların tətbiqi və onların dəqiqliyi üçün təlimatları təmin edir.

“AZS 566-2011” “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini” standartı respublika ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigiyena və atmosfer havasının monitorinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər. “AZS 567-2011” “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” standartı xüsusi materialdan hazırlanmış filtrdən sorulan müəyyən həcmli havadan tutulan toz hissəciklərinin kütləsinin təyininə əsaslanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!