24 Yanvar, 2017
Türkiyədə terror etmək istəkləri puç oldu

Türkiyənin Şanlurfa bölgəsində partlayış törətməyi planlaşdıran 5 nəfər həbs edilib. Simsar.az "Haber7"yə istinadən xəbər verir ki, onlar terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin üzvləridirlər. Məlumata görə, terrorçular Türkiyəyə Suriyadan keçiblər. Xəbərdə bildirilib ki, şübhəlilər Şanlıurfada insanların çox olduğu küçə və meydanlarda, eləcə də dövlət orqanlarının yerləşdiyi binalarda partlayış törətməyi planlaşdırdıqlarını etiraf ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!