23 Yanvar, 2017
Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib. Simsar.az -ın məlumatına görə, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.Türkiyə prezidenti deyib: “Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”. R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!