23 Yanvar, 2017
Sabah dollar neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 24-ə olan USD/AZN məzənnəsini açıqlayıb. AMB-dən Simsar.az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,8559 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 1,35% bahalaşması deməkdir. Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, bu günə olan USD/AZN məzənnəsi 1,8311 manat səviyyəsində müəyyən edilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!